İtaliya şirkəti Azərbaycan bazarını tərk edir

İtaliyanın neft mədən avadanlığının tədarükü sahəsində xidmətlər göstərən "Valvitalia S.P.A" şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunur. Vergilər Nazirliyindən verilən məlumata görə, kreditorlar və maraqlı şəxslər tələblərini Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 133, “SAT PLAZA” biznes mərkəzi, 7-ci mərtəbə ünvanına bildirə bilərlər. Xatırladaq ki, İtaliya şirkəti Azərbaycanda ötən ilin əvvəlindən fəaliyyət göstərirdi.

DİGƏR XƏBƏRLƏR

Top