Azərbaycanlı gənc atasına 40 mərasimi keçirmədi, əvəzində bunu etdi (FOTOLAR)

Qalib Namazov adlı Sumqayıt sakini atası üçün 40 mərasimi keçirməyib, əvəzində isə Kambocada onun şərəfinə bulaq tikdirib.

Bu barədə Q.Namazovun özü məlumat verib.

"Atam rəhmətə getdi, 40 mərasimini qəsdən keçirmədik. Yer icarəsi, qadın-kişi mollası, israfçı ehsan süfrəsi və s. yerinə Kambocada ata-anamın xeyratına su quyusu tidirdim. Qoy insanlar susuzluqdan əziyyət çəkməsin və hər dəfə atam üçün dua etsinlər", - deyə o, qeyd edib.

Q.Namazov həmçinin israfçı mərasimlər yerinə digər insanların da xeyirxah işlər görməsini istədiyini bildirib. "Qaynarinfo"

DİGƏR XƏBƏRLƏR

Top