“WhatsApp”dan daha bir YENİLİK

Daim yenilənən, dünyanın məşhur mesajlaşma şəbəkəsi votsapa yeni funksiya əlavə edilib. Artıq istifadəçilər özününün təstiqlənmiş votsap profilini yarada biləcək. Bəs bu necə mümkün olacaq?

Yeniavaz.com xezerxeber.az-a istinadən bildirir ki, 1 milyarddan çox istifadəçisi olan, dünyanın ən məşhur mesajlaşma şəbəkəsi votsap daha bir yeniliyə imza atır.
Artıq hər bir şirkətin "Facebook", "Tvitter" və "İnstagram"da olduğu kimi təsdiqlənmiş profil özəlliyi Votsapda da istifadə olunacaq.
Vostsapın təsdiqlənmiş profilinin ən əsas üstünlüyü onun oğurlana biləcəyi təqdirdə qısa müddətdə bərpa edilə bilməsidir.
Müəssisələrarası mesajlaşmalar üçün aktiv ediləcək yenilik hazırda Votsapın beta testlərindən keçir. Sistem aktiv ediləndən sonra istifadəçilər əlaqə yaratmaq istədikləri müəssisələrin təsdiq edilmiş profillərinə yaza biləcək.

DİGƏR XƏBƏRLƏR

Top