Rusiyalıların 84%-i xoşbəxtdir

Bu günlərdə Rusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (ВЦИОМ) keçirdiyi sorğunun nəticələrinə əsasən, bu yay ölkə əhalisinin 84%-i özünü xoşbəxt hiss edir. Virtualaz.org sorğunun nəticələrinə istinadən xəbər verir ki, rusiyalıların 33 faizi xoşbəxtliyi ailələrinə bağlılıqda görürlər. Daha 14% övladlarını öz xoşbəxtliklərinin səbəbkarı sayır.

Sorğuda iştirak etmiş Rusiya vətəndaşlarının 22%-i sağlamlıqlarının möhkəm olmasını xoşbəxtlik üçün səbəb hesab edir.

Həyatdan narazılara gəlincə, rəyi soruşulanların 10%-i maddi çətinlikllər üzündən özlərini xoşbəxt hesab edə bilmədiklərini deyiblər. Daha 5% isə işsizlikdən cə xəstəlikdən əziyyət çəkdiklərini bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top