Dövlət komitəsi: "Azərbaycanda hər 6 nəfərdən biri sahibkardır"

Bu ilin ilk yarısına olan məlumata görə, Azərbaycanda 770 min 920 nəfər sahibkar fəaliyyət göstərir. Son bir il ərzində fərdi sahibkarların sayı 159 min 526 nəfər və ya 26,1% artıb. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ölkə üzrə məşğul əhalinin təxminən hər 6 nəfərdə biri sahibkardır. Statistika Komitəsinin məlumatına görə, ölkədə 4 milyon 792,7 min məşğul insan var.

Məlumat üçün onu da qeyd edək ki, son bir ildə sahibkarların sayı ən çox Gəncə-Qazax iqtisadi rayonunda artıb. Belə ki, 2016-cı ilin ilk yarısında Gəncə-Qazax iqtisadi rayonunda 80,8 min nəfər sahibkar olduöu halda, bu ilin ilk yarısında sahibkarların sayı 11,8 min nəfərə yüksəlib. Nəticədə ölkədəki fərdi sahibkarların 14,5%-i Gəncə-Qazax iqtisadi rayonunun payına düşüb. Ən çox sahibkar isə Bakı şəhərində fəaliyyət göstərir. Ümumi sahibkarların 29,1%-i və ya 224,1 min nəfəri Bakıda qeydə alınıb. Sahibkarların 161,8 min nəfəri və ya 21%-ə isə Aran iqtisadi rayonunun payına düşüb. Sahibkarların ən az olduğu bölgələr isə Kəlbəcər-Laçın iqtisadi rayonu (2,6 min nəfər), Yuxarı Qarabağ iqtisadi rayonu (18,4 min nəfər) və Naxçıvan Muxtar Respublikası (22,7 min nəfər) hesab olunur.

DİGƏR XƏBƏRLƏR

Top