Ermənistanda yas mərasimində güllələnmə: 3 ölü, 5 yaralı

Ermənistanın Araqacotn bölgəsinin Şamiram kəndində naməlum şəxs qəbiristanlıq ərazisində yas mərasiminin keçirildiyi zala daxil olaraq dəfn mərasimi iştirakçılarını güllələyib.

“Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ermənistan Polisinin mətbuat xidmətindən deyiblər.

Basqın nəticəsində üç nəfər həlak olub, daha beş nəfər isə yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır.

“Sayqa” ov karabini ilə silahlanmış şəxs hadisə yerindən qaça bilib. Mətbuat xidmətindən bildiriblər ki, ilkin məlumata görə, cinayət məişət zəminində törədilib. Fakt üzrə araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top