Bağlanmış bankların əmanətçilərinə 747 milyon manat ödənilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ötən il lisenziyası ləğv edilmiş 11 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir. "Yeniavaz.com" Fonddan verilən məlumatlara istinadən bildirir ki, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 747,658 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 43,222 mln manat, “Zaminbank” ASC-nin qorunan əmanətçiləri 72,196 mln. manat, “Kredobank” ASC-nin qorunan əmanətçiləri 27,788 mln. manat, “Dekabank” ASC-nin qorunan əmanətçiləri 3,088 mln. manat, “Atrabank” ASC-nin qorunan əmanətçiləri 14,351 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçiləri 2,004 mln. manat, “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçiləri 24,191 mln. manat, “Gəncəbank” ASC-nin qorunan əmanətçiləri 976 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçiləri 120,392 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri 437,608 mln. manat, "United Credit Bank" ASC-nin qorunan əmanətçiləri isə 1,807 mln. manat kompensasiya alıblar.

Fond, həmçinin bəyan edib ki, ləğv prosesində olan “Bank of Azerbaijan", "Gəncəbank" və "Texnikabank"ın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 illik müddət müvafiq olaraq yanvarın 27-də, fevralın 4-də və fevralın 12-də başa çatıb. Bu banklar üzrə kompensasiya öhdəliyinin yerinə yetirilməsi nisbəti müvafiq olaraq 97%, 94% və 98,2%-dir.

DİGƏR XƏBƏRLƏR

Top