Qırğızıstan Mərkəzi Seçki Komissiyası avqustun 1-də prezident seçkilərinə namizədlərin sənəd qəbulunu yekunlaşdırıb.
59 nəfər prezidentliyə namizədliyini irəli sürüb.
49 nəfər namizədliyini fərdi irəli sürüb. Daha 10 namizədlik isə siyasi partiyalar tərəfindən irəli sürülüb.
Qeyd edək ki, ölkə prezidentliyinə namizəd olmaq üçün 30 min səs toplanmalı, 1 milyon som ödənilməli və mütləq şəkildə dövlət dilindən imtahan verilməlidir.
Seçkilər oktyabrın 15-də keçiriləcək. Trend