Yramp 10 gün əvvəl təyin etdiyi direktoru vəzifəsindən azad edib

Ağ Evin kommunikasiya üzrə direktorunun vəzifəsindən getməsi təsdiqlənib.

Bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

“Cənab Skaramuççi hesab edib ki, Ağ Ev aparatının yeni rəhbəri Con Kelliyə azad şəkildə öz komandasını formalaşdırmağa mane olmamaladır”, deyə S.Sanders qeyd edib.

Məlumata əsasən, sabiq maliyyəçi E.Skaramuççi Ağ Ev aparatının yeni rəhbəri Con Kellinin sorğusu əsasında işdən qovulub.

Bundan əvvəl E.Skaramuççinin jurnalistlərlə ünsiyyətdə olarkən həmkarlarına qarşı kobud ifadələr işlədib və Ağ Evin kommunikasiya şöbəsini tam heyətlə işdən qovmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, Ağ Evin sabiq mətbuat katibi Şon Spayser E. Skaramuççinin kommunikasiya üzrə direktor vəzifəsinə gətirildiyinə etiraz olaraq istefa verib. apa

DİGƏR XƏBƏRLƏR

Top