Bu gecə benzin bahalaşacaq, bu dəfə Türkiyədə

Türkiyədə benzin və mazutun qiyməti bu gecə yarısından etibarən 0.11(0,05 AZN) lirə yüksələcək.

Ankarada 1 litri orta hesabla 5,12 lirədən satılan benzinin qiyməti 5,23 lirəyə, İstanbulda 5,07 lirədən 5,18 lirəyə, İzmirdə 5,09 lirədən 5,20 lirəyə yüksələcək.

Topdan satış şirkətləri bu artımın elə də böyük olmadığını deyir.

Mazutun qiyməti isə Ankarada 4,48 lirədən 4,59 lirəyə, İstanbulda 4,44 lirədən 4,55 lirəyə, İzmirdə 4,47 lirədən 4,58 lirəyə qədər artacaq.

Xatırladaq ki, benzinin qiyməti sonuncu dəfə 5 iyulda 0.13 lirə (0,06 AZN) , mazut isə 6 iyulda 0.11 lirə (0,05 AZN) artmışdı. isripress

DİGƏR XƏBƏRLƏR

Top