Şəmkirdə dəbdəbəli toyu olan bəy danışdı: “Harınlamış uşaq deyiləm”

Xəbər verdiyimiz kimi, Şəmkirdə daha bir səs-küylü toy mərasimi keçirilib.

Həmin dəbdəbəli toyun bəyi Natiq Musayev onun haqqında yazılanlara münasibət bildirib:

"Burada nə var ki?! Mustafa (türk müğənni Mustafa Ceceli) toyuma gəlib də... Dəbdəbəli yox, normal toy idi. Mətbuatda şişirdilib yazılır. Mən hər gün saat 6-da durub işə gedirəm. Əziyyət çəkib pul qazanıram. Harınlamış uşaq deyiləm”.

O, Mustafa Cecelinin əmisi tərəfindən toya hədiyyə edilməsi iddiası haqda da danışıb: "Atamla əmim mənim üçün eyni adamlardır. Atam, mən və əmim bir yerdə işləyirik”. Baku.ws

DİGƏR XƏBƏRLƏR

Top