
Ötən həftəsonu Türkiyənin müxtəlif kurortlarında beş rusiyalı turist ölüb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Böhran mərkəzinin məlumatında deyilir.
Ölənlərdən dördü çimərkən dünyasını dəyişib, onlardan bəziləri səhhətlərindəki problemlərə görə ölüb. Bununla əlaqədar Rusiyanın müvafiq dövlət qurumları turistlərə kurort seçərkən orqanizmin xüsusiyyətlərini nəzərə almağa və isti iqlimin ümumi sağlamlığa mümkün təsirlərini qiymətləndirməyə çağırıblar.
Tətbiqimizi yükləyə bilərsiniz