"Ermənilər azərbaycanlı əsirləri qul kimi işlədir, seks köləsi edir" (İDDİA)

Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİMDER) Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda əsir düşən 3 minə yaxın azərbaycanlının taleyini aydınmlaşdırmaq üçün Türkiyə və beynəlxalq insan haqları təşkilatlarına yazılı şəkildə müraciət ünvanlanmağa hazırlaşır. Bu barədə ASİMDER rəhbəri Göksel Gülbeyin "Facebook" hesabında məlumat yerləşdirilib.

Göksel Gülbeyi bildirib ki, 1992-ci ildə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etməsi nəticəsində mülki əhali qətlə yetirilib, 4 min 700 azərbaycanlı əsir götürülüb. Onlardan 2 min 700-ü qadın və uşaqlardır:

"Ermənistan 25 ildir işğalda saxladığı Qarabağda əsir aldığı Azərbaycan vətəndaşlarını həmişə inkar edib. Beynəlxalq insan haqları təşkilatları və ATƏT ölkələrindən heç biri buna səsini çıxartmır. İşğal altındakı Azərbaycan torpaqlarına gedən Gürcüstan və İran vətəndaşları təsadüfən Kəlbəcərdə əsirlərin saxlanıldığı Zod kəndi yaxınlığındakı əraziləri gəzib. Həmin vaxt mədənlərdə işlədilən, yarıac, səfil vəziyyətdə olan çoxsaylı insan görüblər. Dəmir məftillərlə bağlı olan bölgədə işləyənlərin kim olduğunu soruşanda öyrəndiklərindən heyrətə gəliblər. Onları gəzdirən erməni Zod kəndindəki mədənlərdə və digər ərazilərdə işlədilənlərin azərbaycanlı əsirlər olduğunu deyib. Bütün bunlara rəğmən, dünya ictimaiyyəti ikiüzlülük edərək, insan haqlarının tapdanmasına səssiz qalır”.

Göksel Gülbey bildirib ki, azərbaycanlı əsrlər orqan mafiyasına və seks tacirlərinə satılıb:

"1992 və 1995-ci illərdə Ermənistanın dövlət rəsmiləri əsir işğal etdikləri Qarabağda əsir uşaqların və gənc qızların orqanlarını satıblar. Azərbaycanlı əsir qadınları isə zorla özlərinə arvad ediblər, yaxud cinsi istismara məruz qoyublar. Bunu qəbul etməyib özlərini öldürən qadınlar da olub. Bunları 1999-cu ildə İğdırda Ermənistan sərhədində heyvan qaçaqçılığı edərkən tutulan və Ermənistan həbsxanasında 3 il yatan insanların danışdıqlarından öyrənirik. Onların dediklərinə görə, zəncirlənmiş şəkildə həbsxanaya gətirilən bir nəfər azərbaycanlı əsir olduğunu, Qarabağda əsir düşdüyünü, Naxçıvanın Sədərək rayonu ilə sərhəd olan bölgədə işlədildiklərini deyib, onun kimi digər həbsxanalarda da azərbaycanlı əsirlərin olduğunu bildirib.

Bu qədər fakt və dəlillər varkən, Ermənistanın inkar etməsinə inanın dünya insan haqqları təşkilatları niyə bunları araşdırmır? ASİMDER olaraq, Türkiyə Böyük Millət Məclisinin İnsan Haqları Komissiyasına, Türkiyə Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq və Xarici Əlaqələr Şöbəsinə, Türkiyə Daxili İşlər Nazirliyinin İnsan Haqları və Beynəlxalq Təşkilatlar Bürosuna, Avropa İnsan Haqları Məhkəməsinə, Avropa İşgəncələrə qarşı Komitəsinə, Avropa Şurası və BMT-yə rəsmi şəkildə müraciət edəcəyik".qaynarinfo.az

DİGƏR XƏBƏRLƏR

Top