İŞİD Əfqanıstanda səfirliyə hücum etdi: 2 ölü

Əfqanıstan təhlükəsizlik qüvvələrinin əməkdaşları paytaxt Kabildə İraq səfirliyinə hücum edən bütün silahlıları məhv ediblər.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Əfqanıstan Daxili İşlər Nazirliyindən deyiblər.

Nazirlikdən bildiriblər ki, səfirlik kompleksinin terrorçulardan təmizlənməsi əməliyyatı başa çatıb: “Hücumda dörd silahlı iştirak edib, onlardan biri səfirliyin girişində partlayış törədən intiharçı-terrorçu olub. Terrorçularla toqquşma dörd saatdan çox davam edib”.

Xatırladaq ki, səfirliyin önündə törədilmiş partlayışda iki əfqan mühafizəçi həlak olub. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

DİGƏR XƏBƏRLƏR

Top