Moskva ABŞ-ın diplomatik nümayəndəliklərində işləyən Rusiya vətəndaşlarının işinə son qoydu

ABŞ Rusiyadakı diplomatik missiyalarının əməkdaşlarından kimlərin ölkəni tərk edəcəyinə özü qərar verməlidir.

"Yeniavaz.com"un "İnterfaks" agentliyinə istinadən verdiyi məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

D. Peskovun sözlərinə görə, diplomatik missiyalarda sayları azaldılacaq əməkdaşların arasında işə qəbul edilmiş Rusiya vətəndaşları da var: "Buna ABŞ qərar verməlidir. Putin dedi ki, bunlar həm diplomatlardır, həm də texniki işçilərdir. Yəni söhbət təkcə diplomatlardan getmir, çünki Rusiyada o qədər (755) amerikalı diplomat yoxdur. Söhbət diplomatlardan, diplomatik statusu olmayan şəxslərdən və orada işə qəbul edilmiş Rusiya vətəndaşlarından gedir".

Xatırladaq ki, Moskva Vaşinqtonun sanksiyalarına cavab olaraq ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının əməkdaşlarının sayını azaltmaq və Moskvadakı mülklərini əlindən almaq barədə qərar qəbul edib. Prezident Vladimir Putin isə bəyan edib ki, ABŞ-ın diplomatik missiyalarının 755 əməkdaşı öz fəaliyyətini dayandırmalıdır.

DİGƏR XƏBƏRLƏR

Top