Türkiyədə daha bir müxalif deputat saxlanıldı

Türkiyənin Batman vilayətində müxalif Xalqların Demokratik Partiyasının (HDP) millət vəkili Ayşə Acar Başaran saxlanılıb.

Trend-in məlumatına görə, polis onu Batman hava limanında Ankaraya yola düşərkən saxlayıb.

Onun saxlanmasının səbəbi kimi məhkəmədə şahid qismində ifadə verməkdən imtina etməsi göstərilir.

Qeyd edək ki, hazırda HDP-nin 11 millət vəkili, o cümlədən partiyanın həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksekdağ həbsdədirlər.

DİGƏR XƏBƏRLƏR

Top