Azərbaycan və Türkiyə səfirləri “erməni soyqırımı”nın qəbulunun qarşısını aldılar

Macarıstan parlamentinin Xarici Əlaqələr Komissiyası qondarma erməni soyqırımı qanun layihəsi barədə təklifi səsə qoyaraq rədd edib. “Yeniavaz.az” İHA agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyənin və Azərbaycanın Macarıstandakı səfirləri Şakir Fakılı və Vilayət Quliyev qanun layihəsinin qəbul edilməməsi üçün səy göstəriblər.

Səsvermə zamanı qanun layihəsinin lehinə 1, əleyhinə 2 səs verilib, 5 üzv isə bitərəf qalıb.

Səsvermə barədə danışan V. Quliyev nəticənin yaxşı olduğunu qeyd edib: “Azərbaycanda belə bir məsəl var – yalan ayaq tutar yeriməz. Ermənilər bu yalanı dünyanın bir sıra ölkələrində yayıblar, ancaq Macarıstanda bunu yaya bilmədilər. Bu, Azərbaycanın savaşıdır, türklüyün savaşıdır, gələcəkdə də davam etdirəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top