"Dolların məzənnəsi 2020-ci ildə 1,87 manat olacaq"

Azərbaycanda dolların məzənnəsinin yaxın 2 ildə sabit qalacağı gözlənilir. Bu proqnozıa "Standard & Poor's" Beynəlxalq Reytinq Agentliyi çıxış edib.

Agentliyin Azərbaycan iqtisadiyyatının yaxın 4 ildə perspektivləri ilə bağlı hesabatında bildirilib ki, dolların məzənnəsi 2019-cu ildə 1,79, 2020-ci ildə isə 1,87 manat təşkil edəcək.

"Standard & Poor's" həmçinin bildirib ki, ölkədə depozitlərin dollarlaşma dərəcəsi 60%-dən yuxarı qalmaqda davam edir. Bu da Azərbaycan Mərkəzi Bankının (AMB) monetar siyasətə təsir cəhdlərini məhdudlaşdırır. Həmçinin, yerli valyutada kapital bazarının kiçik həcmdə olması AMB-nin əməliyyatlarının effektivliyini aşağı salır.

"AMB-nin monetar siyasətinin aşağı effektivliyə sahib olması bizim Azərbaycanla bağlı reytinqimizi məhdudlaşdırır", - agentlik bəyan edib. report

DİGƏR XƏBƏRLƏR

Top