Türkiyədə qəzet və jurnalların tirajı kəskin azalıb RƏSMİ AÇIQLAMA

Türkiyə Statistika İdarəsinin məlumatına görə, ötən il bu ölkədə qəzet və jurnalların sayı 7,9% azalaraq 6 min 265-ə düşüb. Bu nəşrlərin 59,7%-ini jurnallar təşkil edib. "Yeniavaz.com" Statistika İdarəsinin məlumatlarına istinadən bildirir ki, qəzet və jurnalların tirajı son bir ildə 20% azalıb. 2016-cı ildə qəzet və jurnalların ümumi tirajı 1 milyard 705 milyon olub və bunun 94,1%-i qəzetlərin payına düşüb. İdarədən verilən məlumatda qeyd olunur ki, 2013-cü ildən sonra qəzet və jurnalların tirajında davamlı azalma müşahidə olunur. 2012-ci ildə ölkə üzrə qəzetlərin tirajları 2,143 milyard olduğu halda 2013-cü ildə 2,296 milyarda yüksəlib. Sonrakı illərdə davamlı azalma baş verib. Belə ki, 2014-cü ildə Türkiyədə qəzetlərin tirajı 2,141 milyarda, 2015-ci ildə 1,994 milyarda, 2016-cı ildə isə 1,604 milyarda qədər azalıb. Jurnalların tirajı isə 2012-ci ildə 165 milyon, 2013-cü ildə 165 milyon, 2014-cü ildə 134 milyon, 2015-ci ildə 139 milyon, 2016-cı ildə isə 101 milyon ədəd olub.

DİGƏR XƏBƏRLƏR

Top