Dollar bahalandı

İyul ayının 31-də banklararası ticarətdə dollar bahalaşıb. “Bloomberg” terminalında dollar günə 1.6983 manat kursu ilə başlayıb. Başqa sözlə, dollar manat qarşısında 0,69% dəyər qazanıb.

Qeyd edək ki, ötən gün “Bloomberg”də dollar ticarəti 1.6866 manat məzənnəsi ilə yekunlaşmışdı.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur. fins.az

DİGƏR XƏBƏRLƏR

Top