Almaniyada diskotekada atəş açılıb: 1 ölü, 3 yaralı

Naməlum şəxs Almaniyanın Konstants şəhərində diskotekada atəş açıb.

"Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə şəhərin polis və prokurorluğunun bəyanatında deyilir.

Bəyanata əsasən, silahlı kişinin açdığı atəş nəticəsində bir nəfər həlak olub, üç nəfər isə ağır yaralanıb.

Cinayətkar diskotekanı tərk etdikdən sonra polislə atışmaya girib. Atışma nəticəsində silahlı şəxs agır yaralanıb və xəstəxanada dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top