ABŞ-ın iki bombardmançı təyyarəsi Koreya yarımadasının üzərindən keçib

Amerika Birləşmiş Ştatlarına məxsus səsdən sürətli uçan B-1 təyyarələri Koreya yarımadasının üzərindən keçib.

"Yeniavaz.com" "Report"a istinadən xəbər verir ki, bu hadisə Koreya Xalq Demokratik Respublikası qitələrarası ballistik raketi sınaqdan keçirdikdən sonra baş verib.

Nüvə başlıqları daşıya bilən təyyarələr Cənubi Koreya qırıcılarının müşaiyəti ilə uçuşu etdikdən sonra Quam adasındakı hava limanına eniblər.

Bununla da ABŞ hərbçiləri Şimalı Koreyanın ballistik raket sınağına cavab vermiş olublar.

DİGƏR XƏBƏRLƏR

Top