“Qəbələ”- “Panatinaikos” oyununun hakimləri məlum oldu

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – “Panatianikos” oyununun hakimləri bəlli olub.

Qarşılaşmanı ingilis hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Kreyq Pauson təyin olunub. Ona yan xəttdə Li Betts və Adam Nunn yardım edəcəklər. 4-cü hakim isə Kevin Friend olacaq.

UEFA nümayəndəsi kimi xorvatiyalı Aloyje Supraha, hakim inspektor kimi isə macarıstanlı Lajlo Vaqner Bakıya səfər edəcək.

Qeyd edək ki, “Qəbələ” – “Panatianikos” görüşü avqustun 3-də saat 21:00-da start götürəcək.apasport

DİGƏR XƏBƏRLƏR

Top