Hacıqabul sakinlərindən 3 kiloqramdan çox narkotik götürülüb

Hacıqabul rayon sakinlərində 3 kiloqramdan çox narkotik götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhər sakinləri Atamalı Rəhmanovdan 1 kiloqram 325 qram, Fuad Əlimərdanovdan 4,669 qram heroin, evinə baxış zamanı isə 1 kiloqram marixuana, əvvəllər məhkum olunmuş Rasim Hidayətovdan 3,373 qram heroin, evinə baxış zamanı isə 1 kiloqram marixuana aşkar edilərək götürülüb.Apa

DİGƏR XƏBƏRLƏR

Top