Antalyada oteldə yanğın olub, 14 nəfər xəstəxanaya yerləşdirilib

Türkiyənin Antalya əyalətinin Kemer rayonunda beşulduzlu mehmanxanada baş verən yanğınla əlaqədar 400 nəfər yerli və xarici turist təxliyə edilib. "Haber7" xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən və xilasedici cəlb olunub. Məlumata görə, yanğın mehmanxananın mətbəx bölməsinə meydana gəlib. Yanğın zamanı 10-u Türkiyə, 4-ü Rusiya vətəndaşı olmaqla 14 nəfər xəsarət alıb. Onlar müxtəlif xəstəxanalara yerləşdiriliblər.
Hadisənin səbəbi araşdırılır.Report

DİGƏR XƏBƏRLƏR

Top