Azərbaycanda 30 əcnəbiyə yaşamaq üçün icazə verilməyib

Bu ay ərzində Azərbaycanda müvəqqəti və daimi yaşamaq istəyi ilə müraciət edən 30 əcnəbinin müraciətindən imtina olunub. Dövlət Miqrasiya Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, onlardan 16-sı Rusiya Federasiyasının vətəndaşı olub. Müraciətinə rədd cavabı verilənlər arasında Hindistan, Pakistan, Gürcüstan, Türkiyə, İran, İraq və Yunanıstan vətəndaşları da qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top