Britaniya Türkiyəyə qoyduğu qadağanı qismən götürdü

Böyük Britaniya Türkiyədən sərnişin təyyarələrinin salonunda elektronikanın daşınmasına qoyulmuş qadağanı götürüb. "Yeniavaz.com"un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Nəqliyyat Nazirliyindən deyiblər. Bununla belə, nazirlikdən qeyd ediblər ki, qadağa yalnız İstanbuldakı Sabiha Gökçen aeroportunun reysləri üçün aradan götürülüb. Bu istiqamətdən Britaniyaya uçan təyyarələrin göyərtəsində böyük telefonların, noutbuklar və planşetlərin daşınmasına artıq icazə verilir. Atatürk (İstanbul), İzmir, Bodrum, Antalya və Muğlanın Dalaman aeroportları üçün qadağa qüvvədə qalır. Nazirlikdən deyiblər ki, həmin hava limanınlarının hər birinə qarşı fərdi yanaşma olacaq. Adıçəkilən aeroportların təhlükəsizlik tədbirləri Britaniya hökumətini qane etməlidir.

Xatırladaq ki, Britaniya martın 25-də Türkiyə, Livan, İordaniya, Misir, Tunis və Səudiyyə Ərəbistanından olan aviareyslərdə elektronikanın daşınmasını qadağan etmişdi. Həmin ölkələrdən uçuş həyata keçirən sərnişinlər özləri ilə təyyarənin göyərtəsinə uzunluğu 16 sm, eni 9,3 sm və qalınlığı 1,5 sm-dən artıq olan mobil telefon, noutbuk və planşet cihazlarını götürə bilməzlər.

DİGƏR XƏBƏRLƏR

Top