Polşa Rusiyanı II Dünya müharibəsini saxtalaşdırmaqda ittiham etdi

Rusiya Müdafiə Nazirliyi Polşa ərazisinin Qırmızı ordu tərəfindən azad edilməsi barədə dərc etdiyi sənədlərdə tarixi saxtalasdırır.

"Yeniavaz.com"un "İzvestiya" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Polşa Milli Yaddaş İnstitutundan deyiblər. İnstitut Polşa, SSRİ və Üçüncü reyxin dövlət təhlükəsizlik orqanlarının fəaliyyətinin öyrənilməsi ilə məşğul olur.

Rusiya Müdafiə Nazirliyinin iyulun 18-də Böyük Vətən Müharibəsi dövrünə dair yayımladığı sənədlərdə göstərilirdi ki, polşalılar sovet əsgərlərini xilasedicilər kimi qarşılayıblar. Polşada isə bunun əksi olaraq düşünürlər ki, sovet əsgərləri yeni əsarət gətiriblər.

Polşa İnstitundan bildiriblər ki, sənədlər ümumi kontekstdən çıxarılıb, sovet əsgərlərinin yerli əhali tərəfindən təşəkkürlə qarşılanması və əsgərlərə kömək çağırışları isə epizodik və lokal xarakter daşıyıb və bu, müharibədə əldən düşmüş Polşa xalqının reaksiyası olub.

Polşada xatırladıblar ki, SSRİ və Üçüncü reyxin 1939-cu ilin sentyabrında imzaladığı müqavilələr Polşa ərazisini daha zalım işğala məruz qoyub. Həmin sazişlərin məqsədi isə Polşanın iki totalitar dövlət tərəfindən məhv etmək olub.

DİGƏR XƏBƏRLƏR

Top