Rumıniya Rusiya Baş Nazirinin müavini Dmitri Roqozinə ölkənin hava məkanından istifadə etməyə icazə verməyib.
"Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Moldovadakı səfiri Fərid Muhamedşin deyib.
Onun sözlərinə görə, Rumıniya D. Roqozinin içərisində olduğu sərnişin təyyarəsinə ölkənin hava məkanından keçməsinə icazə verməyib. Nəticədə təyyarə geri dönmək məcburiyyətində qalıb. D.Roqozinin sərnişin qismində olduğu təyyarə Moldovanın paytaxtı Kişinyova istiqamət almışdı.
Səfir qeyd edib ki, Rusiya hakimiyyəti təyyarənin hara enəcəyi barədə qərar qəbul edəcək.