“Facebook”un kapitallaşması 500 mlrd. ABŞ dolları səviyyəsini keçib

“Facebook” şirkətinin kapitallaşması dünən ilk dəfə olaraq 500 mlrd. ABŞ dolları səviyyəsini keçib.

"Yeniavaz.com" Report-a istinadən xəbər verir ki, bu barədə NASDAQ texnologiya birjası məlumat yayıb. Nəticədə, “Facebook”un səhmləri 3,3% bahalaşaraq 171,5 dollara satılıb.

Qeyd edək ki, iyulun 26-da digər onlayn ticarət şirkəti - “Amazon”un kapitallaşması 500 mlrd. dollar səviyyəsini ötüb və onun qurucusu Cef Bezos (Jeff Bezos) qısamüddətli də olsa, dünyanın ən zəngin insanına çevrilib. O, 8 saat sonra yenidən liderliyi “Microsoft” şirkətinin qurucusu Bill Qeytsə ötürüb. Buna səbəb “Amazon”un II rüb mənfəətinin ötən illə müqayisədə 77% azalması olub.

Xatırladaq ki, kapitallaşması yarım trilyon dollardan çox olan 3 texnologiya şirkəti var. Bu, “Apple” (798 mlrd. dollar), “Google” (667 mlrd. dollar) və “Microsoft”dur (571 mlrd. dollar).

DİGƏR XƏBƏRLƏR

Top