Moskvadan sanksiyalara cavab: ABŞ diplomatların sayı azaldılır, mülkləri alınır

Moskva Vaşinqtona sentyabrın 1-dək Rusiyadakı diplomatların sayını azaltmağı təklif edib.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

Vaşinqtona Rusiyada diplomatik və konsulluq qurumlarının 455 əməkdaşını saxlamağı təklif olunub . Belə ki, ABŞ-da bir o qədər rusiyalı diplomat var. XİN-dən qeyd ediblər ki, əgər Amerika hakimiyyəti ABŞ-dakı rusiyalı diplomatların sayının azaldılması barədə yeni təktərəfli addımlar atarsa, Moskva buna eynilə cavab verəcək.

XİN-dən deyiblər ki, Amerika səfirliyi avqustdan etibarən Moskvadakı bağ evindən və anbarlarından istifadə edə bilməyəcək: “Rusiya ABŞ-ın maraqlarına toxuna biləcək digər addımlar atmaq hüququnu özündə saxlayır.”. Bu qərar ABŞ Konqresinin Rusiya əleyhinə yeni sanksiyalar haqqında qanunu qəbul etməsi fonundan verilib. XİN-dən bildiriblər ki, bu, ABŞ-ın beynəlxalq məsələlərdə olduqca aqressivliyini bir daha təsdiq edir: “ABŞ özünün “müstəsnalığının” arxasında gizlənərək digər dövlətlərin mövqe və maraqlarına təkəbbürlə məhəl qoymur”.

Xatırladaq ki, ABŞ Senatı cümə axşamı Rusiya, İran və Şimali Koreyaya qarşı sankiyalar haqqında qanun qəbul edib. Qanun daha əvvəl Nümayəndələr Palatası tərəfindən təqdir edilib. İndi qanun imzalanması üçün ABŞ Prezidenti Donald Trampa göndəriləcək. D. Trampın qanuna veto qoymaq hüququ var.

DİGƏR XƏBƏRLƏR

Top