Qadın evdə təmizlik işi görərkən bu hala düşdü FOTO

Evində təmizlik işləri görən xanımın diqqətsizliyi faciəyə səbəb olub. "Yeniavaz.com" saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyənin Ağrı vilayətində üz nahiyəsinə, gözlərinə qədər yanan Halime H. "qadınlar diqqət etsin, çox çətin bir duruma düşdüm",-deyə xəbərdarlıq edib.

Halime H. başına gələnləri belə nəql edib: "Evimizdə həmişəki kimi təmizlik işləri görürdüm. Sıra hamam və ayaqyoluna çatdı. Vanna və unitaza mağazadan aldığımız toz şəklində olan yuyucu vasitəsini tökdüm. Kir-pas yaxşı təmizlənsin deyə, qaynatmış olduğum suyu onun üzərinə tökdüm. Hər şey bir anda oldu - əllərim, üzüm tamamilə yandı. Əslində üzümə, əllərimə heç bir şey sıçramadı, isti suyun buraxı ilə həmin maddə məni yandırıb bu hala saldı".

Daha öncə belə bir şeylə üzləşmədiyini bildirən qadın: "Həmin təmizləyici vasitədən dəfələrlə istifadə etmişdik və heç nə olmamışdı. Belə olacağını gözləməzdim. Bilsəydim ki, yuyucu vasitəsinin üzərinə qaynar su töksəm, buxarı məni bu hala salar, etməzdim. Yəqin ki, xanımların çoxu belə bir şeyin ola biləcəyindən məlumatsızdırlar. Mənim başıma gəldi, heç olmasa onlara bir şey olmasın. Diqqətli olsunlar və təmizləyici kimyəvi maddələrin, yuyucu vasitələrin üzərinə qaynar su tökməsinlər, yoxsa onlar da mənim halıma düşərlər",-deyib.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top