Tanınmış baş həkimin İŞDƏN ÇIXARILMA SƏBƏBİ məlum oldu

Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi, direktorun birinci müavini Həbib Yüzbaşov tutduğu vəzifədən azad olunub.

Açıqlama verən Həbib Yüzbaşov bildirib ki, öz ərizəsi ilə işdən azad olunub.

"Yeniavaz.com" saytının bizimxeber.az-a istinadən xəbərinə görə, xəstəxananın baş direktoru Leyla Seyidbəyova bildirib ki, Həbib Yüzbaşov səhhətində olan problemlə bağlı işdən azad olunub.

Bildirilir ki, Həbib Yüzbaşoun yerinə heç bir təyinat olmayıb və baş həkim vəzifəsini digər müavin Nadir Mehdiyev icra edir.

DİGƏR XƏBƏRLƏR

Top