Pakistanın Baş Naziri vəzifəsindən kənarlaşdırıldı​

Pakistanın Ali Məhkəməsi ölkənin Baş Naziri Nəvaz Şərifin hakimiyyətdən uzaqlaşdırılması barədə qərar verib.

"Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, qərar hökumət başçısı və onun ailəsinə qarşı aparılan antikorrupsiya araşdırması nəticəsində qəbul olunub.

N. Şərifin hakimiyyətdən kənarlaşdırılması yekdilliklə qəbul edilib. Məhkəmə Baş Nazirə qarşı cinayət işinin başlanılması barədə hökm verib. Məhkəmə, həmçinin Pakistanın maliyyə naziri İshaq Daranı vəzifəsindən kənarlaşdırıb.

Xatırladaq ki, Panamanın hüquq şirkəti "Mossack Fonseca"nın 2016-cı ilin aprelində yaydığı sənədlərdə N. Şərifin iki oğlu və bir qızının Britaniya Virciniya Adalarında azı üç ofşor şirkətə sahib olduqlarını qeyd etmişdi. Məhkəmə məhz bu iş üzrə qərarını çıxarıb.

DİGƏR XƏBƏRLƏR

Top