Dünyanın ən varlı biznesmeni artıq bu şəxsdir

"Forbes" jurnalının versiyasına əsasən, "Amazon" onlayn-reteylerin qurucusu Ceff Bezos dünyanın ən varlı iş adamı ünvanını qazanıb. "Yeniavaz.com"un RBK-ya istinadən verdiyi məlumata görə, o, "Microsoft"un qurucusu Bill Qeytsi bu göstəricidə ötüb.

"Forbes"in hesablamalarına görə, hazırda C. Bezosun sərvəti 90,6 milyard dollardır, B. Qeytsdə isə bu rəqəm 90,1 milyard dollara bərabərdir. Bu, iyulun 27-də NASDAQ birjasında keçirilən açıq hərracda "Amazon"un səhmlərinin 1,8 faiz bahalaşmasi sayəsində mümkün olub. C. Bezos "Forbes" jurnalının mart ayı üçün milyarderlərin qlobal reytinqində 72,8 milyard dollarla üçüncü pillədə qərarlaşıb. Bununla da o, 5,5 ay ərzində 17,8 milyard dollar varlanıb.

DİGƏR XƏBƏRLƏR

Top