
Abituriyentlərə xəbərdarlıq etmədən qabiliyyət imtahanı ləğv edilib. "Yeniavaz.com" xəbər verir ki, bu barədə təhsil üzrə ekspert Kamran Əsədov məlumat açıqlayıb. Onun bildirdiyinə görə, bundan xəbərsiz olan insanlar bölgələrdən pul xərcləyərək, gəliblər.
"Deməli, Dövlət İmtahan Mərkəzi (DİM) bu il abituriyentlərə imkan verib ki, qabiliyyət tələb edən ixtisaslar üzrə nə qədər istəsən, komissiyadan qeydiyyatdan keç. Amma hərəsi üçün 30 manat ödəməklə. Bu əla. Amma məsələ burasındadır ki, abituriyentlər pulu ödəməmiş imtahan vaxtlarını bilmirlər. Bir abituriyent 4-5 komissiyadan keçib, hərəsi üçün 30 manat ödəyib. Məlum olub ki, imtahan vaxtları üst-üstə düşür. Bu abituriyent eyni gündə, eyni saatda 4-5 komissiyada imtahanda iştirak etməlidir.
Biabırçılıq da odur ki, bu gün təsviri sənət üzrə keçirilməli olan qabiliyyət imtahanı abituriyentlərə xəbərdarlıq edilmədən ləğv olunub və qeyri müəyyən vaxta təxirə salınıb. Camaatda bölgələrdən böyük məbləğdə pul xərcləyib gəliblər.
Bundan başqa, IX sinifi bitirib kolleclərə sənəd vermək istəyənlər isə ixtisas seçiminə buraxılmır, qəbul şərtlərini ödəməsinə baxmayaraq. Səbəb isə yoxdur. Guya bunlar aprel ayında elektron ərizə verməli idilər. Halbuki, "Abituriyen 3" jurnalında bu barədə məlumat yoxdur. Valideynlər və abituriyentlər ortada qalıblar. DİM abituriyentlərə qarşı çox laqeyid, məsuliyyətsiz münasibət nümayiş etdirir",-deyə ekspert iddia edib.
Tətbiqimizi yükləyə bilərsiniz