İran kosmosa "Simurq" gondərdi

İran Kosmik Agentliyi "Simurq" raket daşıyıcısını fəzaya buraxıb. "Yeniavaz.com"un TASS-a istinadən verdiyi məlumata görə, sınaq uğurla keçib.

Raket daşıyıcısı peykləri kosmosa buraxmaq üçün nəzərdə tutulub. "Simurq" kütləsi 250 kiloqramadək olan aparatları 500 kilometr hündürlüyə qaldırmaq iqtidarındadır.

Qeyd edək ki, İran 2019-cu ildə kosmosa insan göndərməyi planlaşdırır.

DİGƏR XƏBƏRLƏR

Top