Yevlaxda xəstəxananın yanma səbəbi açıqlanıb

Yevlax Şəhər Mərkəzi Xəstəxanasında yanğın elektrik xətlərindəki qısaqapanmadan baş verib. "Yeniavaz.com" xəbər verir ki, qəfildən baş verən alovlanma tibb ocağının əsas korpusunun 4-cü mərtəbəsində meydana gəlib. Hadisə yerinə 5 yanğın söndürən avtomobil və canlı qüvvə cəlb edilib. Xəstəxanada müalicə alan xəstələr və tibbi personal binadan çıxarılıb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top