"WhatsApp" statistikasını açıqladı

"WhatsApp" messencerinin sutkalıq auditoriyası (gün ərzində messenceri heç olmasa bir dəfə açan insanların sayı) bir milyard nəfərə çatıb. "Yeniavaz.com"un "Vesti.ru" saytına istinadən verdiyi xəbərə görə, bununla da dünyanın hər yeddi-səkkiz sakinindən biri "Facebook" şirkətinə məxsus olan "WhatsApp" messencerinin istifadəçisidir. "WhatsApp"da hər gün 55 milyard mətn şəklində məlumat, 4,5 milyard təsvir və 1 milyard video göndərilir. Messencer 60 dildə əlçatandır. Hazırda onun aylıq auditoriyası 1,3 milyard nəfər təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top