Fransada siyasətçilərə qohumlarını işə götürməyə icazə verilməyəcək

Fransada nazirlərə və parlament üzvlərinə öz həyat yoldaşlarını və ya uşaqlarını assistent qismində işə götürmək qadağan ediləcək.

“Yeniavaz.com”un “Republic.ru” saytına istinadən verdiyi məlumata görə, hazırda Fransa parlamentinin təxminən hər altı üzvündən birinin assistenti yaxın qohumudur.

Bu qanun Fransa hakimiyyətinin keçmiş Baş nazir Fransua Fiyon ətrafında baş vermiş qalmaqala cavabıdır. Yanvarın sonunda məlum olmuşdu ki, F. Fiyonun xanımı saxta yolla onun assistenti işləyib və buna görə ümumilikdə 500 min avro məbləğ alıb.

Sabiq Baş nazir büdcəni israf etməkdə təqsirləndirildi. O, həmçinin iki uşağına da assistent işinə görə ödəniş edib. Qalmaqal F. Fiyonun Fransada prezident seçkilərində məbğlub olmasına səbəb oldu.

DİGƏR XƏBƏRLƏR

Top