"Google" axtarış texnologiyasını dəyişir

"Google" "Instant" texnologiyasından imtina etməyə hazırlaşır. "Yeniavaz.com"un AİF-ə istinadən verdiyi məlumata görə, "Instant" texnologiyasında istifadəçi sorğunu daxil etməyə başlayan kimi axtarışın ilkin nəticələri göstərilməyə başlanılır. Məlumata görə, bu imtina müxtəlif mobil qurğuların populyarlığı ilə əlaqədar edilir. Belə ki, mobil cihazlar üçün "Google Instant" təsvirlər və ya informasiya mübadiləsi üzrə məhdudiyyətlər olduğuna görə faydasız ola bilər. Buna görə də funksiyanı dayandırmaq və axtarışın bütün qurğularda daha sürətli olmasını təmin etmək məqsədilə yeni texnologiya hazırlamaq qərarı alınıb.

DİGƏR XƏBƏRLƏR

Top