UEFA-nın vitse-prezidenti istefa verdi

İspaniyalı Anhel Mariya Vilyar UEFA-nın vitse-prezidenti vəzifəsindən istefa verib. "Yeniavaz.com"un TASS-a istinadən verdiyi məlumata görə, o, korrupsiyada ittiham edildikdən və həbsdən sonra bu qərara gəlib. O, həmçinin UEFA-nın İcraiyyə Komitəsini də tərk edib. İstefadan sonra A. M. Vilyarın UEFA-da heç bir rəsmi funksiyası qalmayacaq. UEFA prezidenti Aleksandr Çeferin onun istefasını qəbul edib və Avropa futbolu naminə çoxillik xidmətlərinə görə təşəkkür edib. Xatırladaq ki, A. M. Vilyar, həmçinin İspaniya Futbol Federasiyasının prezidentidir. İspaniya polisi iyulun 18-də federasiyada yoxlamalara başlayıb, belə ki, A. M. Vilyar və onun oğlu korrupsiyada ittiham olunur.

DİGƏR XƏBƏRLƏR

Top