Avropa Şurasının rəhbəri prokurorluğa çağırılıb

Avropa Şurasının (AŞ) sədri Donald Tusk Polşada yenidən prokurorluğa çağırılıb. Bu məlumatı Donald Tuskun maraqlarını müdafiə edən vəkil Roman Qertıx təsdiqləyib. Yerli mətbuat qeyd edir ki, Tuskun prokurorluğa çağırılması onun əvvəllər şahid qismində ifadə verdiyi araşdırmalarla bağlı deyil. AŞ rəhbəri prokurorluğa avqustun 3-də getməlidir. Tuskun prokurorluğa hansı statusda gedəcəyi dəqiq bilinmir. O, bundan əvvəl də Polşa prokurorluğuna çağırılıb. Aprelin 19-da dindirilmə səkkiz saata yaxın davam edib. Məsələ Polşanın hərbi əks-kəşfiyyatı və FTX (Federal Təhlükəsizlik Xidməti) arasında əməkdaşlıqla bağlı olub.Report

DİGƏR XƏBƏRLƏR

Top