Rusiya prezidenti Vladimir Putin əsgərlik çəkməyən şəxslərin dövlət orqanlarına işə götürülməsinə qadağa qoyan qanun imzalayıb. Sənədin mətni hüquq informasiyaları internet portalında yerləşdirilib. Sənədə əsasən, hərbi komissarlar dövlət və bələdiyyə orqanlarının rəhbərlərinə “əsgərlikdən yayınanlar” haqqında məlumat verməlidirlər. Sənədə əsasən, rəhbərlik əsgərlik çəkmək istəməyən şəxsi işə götürdüyünü aşkar etsə, bu insanı 10 gün müddətində işdən azad etməlidir.Oxu.az