
Böyük Britaniya 2040-cı ildən etibarən dizel və benzin mühərriki ilə işləyən avtomobillərin satışını qadağan etməyə hazırlaşır.
"Yeniavaz.com"un "Lenta.ru" saytına istinadən verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın ətraf mühit işləri üzrə naziri Maykl Qouv deyib.
Onun sözlərinə görə, havası daha çox çirklənmiş bəzi rayonlarda istismar qadağası daha əvvəl tətbiq oluna bilər. Qadağa, həmçinin elektromotoru və daxili yanma mühərriki olan hibrid mühərriki ilə işləyən avtomobillərə şamil ediləcək. Hökumətin bu qərarı təmiz hava uğrunda mübarizə proqramının tərkib hissəsidir.
Tətbiqimizi yükləyə bilərsiniz