Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edildi

Gürcüstanin keçmiş Prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edilib.

"Yeniavaz.com"un TSN telekanalına istinadən verdiyi məlumata görə, bu məlumatı Ukrayna Miqrasiya Xidməti təsdiq edib.

Bildirilir ki, M. Saakaşvili Ukrayna vətəndaşlığını almaq üçün müraciət etdikdə ona təqdim edilən anketi doldurarkən səhv məlumatlar verib. Belə ki, o, sənədləri doldurarkən Ukraynada və xarici ölkələrdə istintaqa cəlb olunmadığını qeyd edib. Hərçənd, məlumdur ki, M. Saakaşvili Gürcüstanda qiyabi həbs olunub.

DİGƏR XƏBƏRLƏR

Top