Tramp orduda bu şəxslərin xidmət etməsini qadağan etdi

ABŞ Prezidenti Donald Tramp transgenderlərə ölkənin Silahlı Qüvvələrində xidmət etməyi qadağan edib.

"Yeniavaz.com"un "Lenta.ru" saytına istinadən verdiyi məlumata görə, bu barədə D. Tramp "Twitter" səhifəsində məlumat verib.

O bildirib: "Silahlı Qüvvələrimiz qətiyyətli və dağıdıcı qələbələrin qazanılmasına köklənməlidir. Ordunu transgenderlərin tibbi müayinəsi üçün böyük miqdarda pul xərcləməyə məcbur etmək və transgenderlərin gətirdiyi narahatçılığa dözmək olmaz".

DİGƏR XƏBƏRLƏR

Top