Uşaqlarda diqqət çəkməyən XƏSTƏLİK ƏLAMƏTLƏRİ

Uşaqların xəstələnməsi ailələrin "qorxulu röya"larından biridir. Xəstəliklər vaxtında müayinə olunmasa, daha ciddi problemlər yarada bilir. Xəstəliyin müalicə olunması üçün isə, öncə onun əlamətlərinin fərqinə varılması lazımdır. "Yeniavaz.com" Türkiyə KİV-nə istinadən uşaqlarda diqqət çəkməyən, valideynlərin vaxtında aşkar edə bilmədikləri xəstəlik əlamətləri əsasən bunlardır.

Xalın böyüməsi

Əgər uşağınızın bədənindəki xal 6 mm-dən böyükdürsə, davamlı şəkildə böyüyürsə, rəngi qəribədirsə, mütləq doktora getməlisiniz.

Saç tökülməsi

Saç tökülməsinin səbəbi vitamin çatışmazlığı və ya uşağınızın daxili orqanlarda yaranan bir narahatlıq ola bilər. Nə olduğunu anlamanız üçün isə doktora müraciət etməyiniz şərtdir.

Davranış dəyişikliyi

Uşaqlarda birdən-birə yaranan iştahasızlıq, yuxusuzluq və ya hərəkətlərində yavaşıma, süstlük kimi problemlər həkimə müraciət etmək üçün önəmli səbəblərdəndir.

Kəllə sümüyündə böyümə

Uşaqların başında əmzik yerinin olması normaldır, müəyyən müddətdən sonra bağlanır. Lakin əgər əmzik yeri və kəllə sümüyü böyüməkdə davam edirsə, xəstəliyin əlaməti ola bilər.

Eşitmə zəifliyi

Uşağınız ona bir söz deyəndə və ya nə isə istəyəndə reaksiya vermirsə, eşitmə problemi ola bilər. Mütləq bu barədə doktora məlumat verin.

Tez-tez su içməsi

Uşağınızın tez-tez su və ya çay içmək istəməsi fərqinə varılmasa da, bəzi ciddi problemlərin əlaməti ola bilər.

Xoruldaması

Xəfif xırıltılar təhlükəli deyil, əgər uşağınız yatarkən xoruldayırsa, nəfəs alma problemlərinin əlaməti ola bilər və əhəmiyyət verməsəniz, özü ilə bərabər yeni problem yarada bilər.

Hazırladı: Nicat

DİGƏR XƏBƏRLƏR

Top