Yetim Eyvazın müğənni oğlundan ittihamlarla bağlı AÇIQLAMA

Dünən Siyəzəndə, mərhumun yaşadığı Qalaaltı kəndində şairin 3 mərasimi təşkil olunub. Onun oğlu, müğənni Aqşin Qurbanov atasının öldüyü gündən bugünədək yas mərasimində iştirak etməyib.

Bu barədə məlumatı 8 ildir şairin sürücüsü işləyən Anar bəy verib.

"Eyvaz bəyin 3 qız, 2 oğlan övladı var. 20 ildən artıqdır həyat yoldaşından ayrılıb, uşaqlar anaları ilə birgə, şair isə tək yaşayırdı. Lakin Eyvaz bəy övladlarına maddi və mənəvi cəhətdən dəstək olurdu. Onlar da ataları ilə görüşürdü. Atasının yalnız Aqşinlə münasibətləri yox idi. Neçə ildir ki, görüşmürdülər, ancaq pula ehtiyacı olanda ona da kömək edirdi. Digər övladlar artıq ailə həyatı qurub, Aqşin anası ilə birgə yaşayır.

Aqşindən başqa, digər övladlar atalarının yas mərasimində iştirak etdilər”.

Aqşin Qurbanov haqda sosial şəbəkələrdə xoşagəlməz yazılar qeyd olunur. Hətta onda orientasiya pozğunluğu yaranması barədə də xəbərlər yayılıb və atasının bu söz-söhbətlərə görə oğlu ilə münasibətlərinin korlandığı deyilir. Anar bəy bu şayiələrə də aydınlıq gətirib:

"Bəli, həmin söz-söhbətlərə görə atası onu qəbul etmək istəmirdi. O, özü də atası ilə soyuq münasibətlər yaradırdı”.

Anar bəy "Şairin səhhəti pisləşəndə siz onun yanında idiniz, hadisə necə baş verdi, onun son sözləri nə oldu?” sualına cavabında bunları deyib: "Bəli, biz onun evində idik, mənə dedi ki, özümü pis hiss edirəm. Həkim çağırmağı təklif etdim. Dedi ki, "Həkim lazım deyil”. Əhvalının get-gedə daha da pisləşdiyini görüb, onun sözlərinə məhəl qoymayaraq, evə həkim dəvət etdim. Daha sonra qardaşına xəbər verdim. Onlar gəldilər və həkimin də qərarına görə, xəstəxanaya aparmağı məsləhət gördülər. Lakin şair buna da razı olmadı.

Vəziyyətinin daha da ağırlaşdığını hiss edib, Siyəzən rayon Mərkəzi Xəstəxanasına çatdırdıq. Orada səhər saatlarında keçindi”.

Qeyd edək ki, Yetim Eyvazın oğlu Aqşin Qurbanov yazılanları təkzib edib.

"Mən anlamıram ki, atamın vəfatından sonra mənim gündəmə gəlməyim nə ilə bağlıdır". Bu sözləri AZXEBER.COM-a açıqlamasında məşhur şair Yetim Eyvazın oğlu Aqşin Qurbanov deyib.

O mətbuatda haqqında yazılanlardan narahat olduğunu da dilə gətirib: "Mətbuat nəyə görə məndən yazır axı? Mən uzun illər əvvəl müğənni olmuşam, hazırda isə başqa işlə məşğulam. Mən anlamıram ki, atam ölüb, mətbuat isə məni araşdırır, hamı məni söyür. Bir daha deyirəm ki, atamla aramızda heç bir problem olmayıb və ola da bilməz. Mən onunla çox mehriban idim. Allah atama rəhmət eləsin. Mən bu acını yaşayıram"

Aqşin cinsi orientasiyası ilə bağlı suala isə belə cavab verib: "Bunların hamısı yalandır, mən o açıqlamanı verən sürücünü tapacam, cəzasını verəcəm. Ona başa salarlar ki, kimsə cinsi azlıq demək nə deməkdir".

DİGƏR XƏBƏRLƏR

Top