Misirdə tankçılar “canlı bomba”nı əzdilər - VİDEO

Misirin Sinay yarımadasının şimalındakı Əl Ariş şəhərinin yaxınlığında “canlı bomba”nın idarə etdiyi “şəhid-mobil”in böyük insan tələfatına səbəb olacaq partlayışının qarşısı alınıb. Misir ordusunun tankı və iki zirehli avtomobilinin də hərəkət etdiyi yolda “şəhid-mobil” hərbçilərə sürətlə yaxınlaşıb. Tankın qarşısında avtomobili saxlayan terrorçu qərar qəbul edənədək tank hərəkətə gəlib və “şəhid-mobil”i əzib.

Yoldakı avtomobillərdən düşən insanlar qaçmağa başlayıblar. Tank isə terrorçunun avtomobilini əzəndən sonra zirehli maşınların yanına qayıdıb. Bu zaman “şəhid-mobil” partlayır. Partlayışda 3 nəfər həlak olub. Həlak olanların ikisi qadın, biri uşaqdır. Misirin Müdafiə Nazirliyi olay barədə rəsmi açıqlamasında bəyan edib ki, tankın heyətinin cəsarətli və qəhrəmancasına davranışı terrorçuların hücumunun qarşısını alıb.

“Hərbçilər avtomobildəki partlayıcı qurğunun mexaniki dağılması nəticəsində partlayışın baş verməməsinə çalışıblar. Bundan başqa, tankın heyəti yoldakı insanları xilas etmək üçün mümkün partlayışın episentrinə doğru hərəkət edib”, - nazirliyin açıqlamasında deyilir. “Şəhid-mobil”də 100 kq partladıcı maddə olub. Əgər terrorçuların planları baş tutsaydı, yoldakı postda və yük maşınları karvanında olan 60 insan həlak olacaqdı.Milli.az

tank

DİGƏR XƏBƏRLƏR

Top